...

Təhsil Nazirliyi müəllimlərin sertifikasiyadan keçirilməsini müzakirə edir

Cəmiyyət Materials 28 Avqust 2013 12:18 (UTC +04:00)
Nazirin sözlərinə görə, məzunların göstəriciləri, həm bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üçün kecirilən imtahanlar onu göstəriri ki, müəllimlərin səviyyəsi qaneedici deyil.
Təhsil Nazirliyi müəllimlərin sertifikasiyadan keçirilməsini müzakirə edir

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi müəllimlərin sertifikasiyadan keçirilməsini müzakirə edir.

Təhsil naziri Mikayıl Cabbarov "facebook" səhifəsində ona ünvanlanan sualları cavablandırarkən bildirib ki, nazirlik müəllimlərin ixtisasartırma kurslarının təşkili, müəllimlərin sertifikasiyası, müəllimlərin ixtisasartırılması məsələlərinin hər birini nəzərdən keçirir: "Bütün bunların mərkəzində təhsilin keyfiyyətinin artırılması dayanır. Müəllimlərin biliyiinin təkmilləşdirilməsi hər zaman bizim diqqət mərkəzində olmalıdır və olacaq. Attestasiya məsələsinə gəldikdə, bunu nəzərdə saxlamaq mühümdür ki, attestasiya attestasiya xatirinə keçirilmir. Biz buna təhsilin keyfiyyəti prizmasından baxmaq istəyirik. Bu nöqteyi-nəzərdən müəllimlərin bilik səviyyələrinin müəyyənləşdirilməsi təbii ki, bizim üçün çox mühümdür. Sirr deyil ki, bu gün təhsilin keyfiyyəti bizi tam qane edən səviyyədə deyil".

Nazirin sözlərinə görə, məzunların göstəriciləri, həm bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üçün kecirilən imtahanlar onu göstəriri ki, müəllimlərin səviyyəsi qaneedici deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti