Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan sinoptikləri sentyabrın 5-dən başlayaraq ölkə ərazisində havaların kəskin pisləşəcəyi barədə xəbərdarlıq yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın 5-dən 7-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, qərb rayonlarına dolu düşəcəyi ehtimalı var.
Sentyabnn 5-də ayrı-ayrı yerlərdə şimal-qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, əsasən Böyük Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında sentyabrın 5-də havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, gündüz 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 19-24°, günün birinci yansında 27-32°, axşama doğru 20-24° isti olacağı gözlənilir.
Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi 8-13 m/s. Havanın temperaturu gecə 18-22°, gündüz 25-29° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 5-6-da arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, 05-də arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 28-33° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
Azərbaycan sinoptikləri sentyabrın 5-dən başlayaraq havanın kəskin pisləşəcəyi barədə xəbərdarlıq yaydı
Azərbaycan sinoptikləri sentyabrın 5-dən başlayaraq Azərbaycan ərazisində havanın kəskin pisləşəcəyi barədə xəbərdarlıq yayıb.
