Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə keçirilən müsabiqənin nəticələrinin iki gün ərzində elan olunması nəzərdə tutulur.
Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.
Komissiyadan bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin vakant yerlərinə ixtisas seçimi bu gün başa çatacaq. Abituriyentlər öz imtahan nəticələri ilə TQDK-nın saytına daxil olmaqla tanış ola bilərlər.