...

Azərbaycanda daha bir neçə rayonda iri taxılçılıq təsərrüfatları yaradılacaq

Cəmiyyət Materials 18 Sentyabr 2013 15:49 (UTC +04:00)
Azərbaycanda daha bir neçə rayonda iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.
Azərbaycanda daha bir neçə rayonda iri taxılçılıq təsərrüfatları yaradılacaq

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda daha bir neçə rayonda iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

Q.Məmmədovun sözlərinə görə, inkişaf etmiş bütün dövlətlərdə ərzaq böhranı baş verir. Azərbaycanda bunun baş verməməsi üçün ölkə Prezidenti İlham Əliyev iri taxılçılıq təsərrüfatlarının yaradılması məqsədilə Torpaq və Xəritəçəkmə Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə tapşırıqlar verlib.

İlkin olaraq, Beyləqan və Ağcabədi rayonlarında ümumilikdə 4800 hektar ərazidə pilot təsərrüfat yaradılacaq. Salyan, Bərdə, Şəmkir, Ağcabədi, Şəki və Qaxda da iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur.

Q.Məmmədov deyib ki, fermerlər nisbətən kiçik ərazilərdə yüksək məhsuldarlıq əldə edə bilməzlər: "0,5-3 hektar ərazidə yüksək məhsuldarlıq əldə edilə bilməz. Kollektor sistemi olmasa, Azərbaycanda məhsul əldə etmək olmaz. Bunu da hər bir kiçik fermer həyata keçirə bilməz. İri taxılçılıq təsərrüfatlarının yaradılmasında da məqsəd odur ki, bunlar hamısı birləşsin və müasir səviyyəli təsərrüfat əldə edilsin. Bundan başqa, fermerlərin birləşməsi söhbəti də gündəmdə durur. Bununla bağlı Milli Məclisdə qanun layihəsi hazırlanıb. Fermerlər öz torpaq sahələri qədər əmlak payı almaqla təsərrüfatlarını birləşdirməlidirlər. Təsərrüfatdan başı çıxan fermerlər buna rəhbərlik etməli və hər kəs də öz torpağına görə məhsul götürməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti