...

QHT-lərə Dövlət Dəstəyi Şurası RF İctimai Palatasına müraciət edib

Cəmiyyət Materials 18 Oktyabr 2013 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Yeqor Serbakovun ölümündə təqsirləndirilərək şübhəli şəxs kimi həbs edilən Orxan Zeynalovla əlaqədar Rusiya Federasiyasının İctimai Palatasının sədri Yevgeni Velixova məktub göndərib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, müraciətdə Şura sədrinin baş vermiş hadisəyə görə təəssüf hissi keçirdiyi və mərhumun ailəsinə başsağlığı verdiyi qeyd edilib. Müraciətdə məişət zəminində baş vermiş bu hadisənin milli müstəviyə çıxarılmasından, Orxan Zeynalovun hüquqlarının kobud şəkildə pozulmasından və zorakılıga məruz qalmasından ciddi narahatlıq ifadə olunub.

Millət vəkili A.Quliyev rusiyalı həmkarı akademik Y.Velixovdan Şura ilə İctimai Palata arasında imzalanmış memorandumun 2.1.8-ci bəndinə əsasən bu məsələyə müdaxilə etməsini və yaranmış narahatlığı aradan qaldırmaq üçün müvafiq tədbir görməsini xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti