...

Azərbaycanda qanunsuz dini təyinatlı məhsul istehsalı və satışına görə cinayət məsuliyyəti sərtləşdirilir

Cəmiyyət Materials 22 Oktyabr 2013 14:07 (UTC +04:00)
Azərbaycanda qanunsuz dini təyinatlı məhsullara görə cinayət məsuliyyəti sərtləşdirilir. Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinin 167-2 maddəsinə dəyişikliklər edilib.
Azərbaycanda qanunsuz dini təyinatlı məhsul istehsalı və satışına görə cinayət məsuliyyəti sərtləşdirilir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qanunsuz dini təyinatlı məhsullara görə cinayət məsuliyyəti sərtləşdirilir. Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında bununla bağlı Cinayət Məcəlləsinin 167-2 maddəsinə dəyişikliklər edilib.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Məcəllənin 167-2 maddəsinə edilən dəyişikliklərə görə, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yaymaya görə 5 min manatdan 7 min manata qədər cərimə və ya 2 ilə qədər müddətdə azadlıqdan mərhumetmə cəzası tətbiq olunacaq. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə edərək törətdikdə 7 min manatdan 9 min manatadək cərimə və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti