...

Bakıda "yaşıl enerji"dən istifadə perspektivləri müzakirə edilir

Cəmiyyət Materials 1 Noyabr 2013 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir A.Axundov/

Cümə günü Bakıda III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" mövzusunda seminarda "yaşıl enerji"dən istifadə perspektivləri müzakirə edilir.

Trend-in məlumatına görə, seminarın gündəliyində, həmçinin kvant hesablamaları, materiyanın tədqiq edilməsi və digər məsələlər üzrə müzakirələrin aparılması dayanıb. Müzakirələrdə dünyanın görkəmli alimləri iştirak edirlər. Onlar arasında fizika və kimya üzrə Nobel mükafatçıları da var.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə jurnalistlərə bildirib ki, seminarın yekunu üzrə bəyannamə qəbul edilə bilər.

Qeyd edək ki, Oktyabrın 31-dən noyabrın 1-dək Heydər Əliyev Mərkəzində III Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.

İki gün davam edəcək Forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil ediləcək: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".

Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti