...

TQDK “Nəzarətçilərin elektron qeydiyyatı sistemi”ni yaradıb

Cəmiyyət Materials 26 Noyabr 2013 13:18 (UTC +04:00)
Trend TQDK-nın saytına istinadən xəbər verir ki, sistemin yaradılmasında məqsəd komissiya tərəfindən keçirilən test imtahanlarına respublikanın ümumi təhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılmasıdır.
TQDK “Nəzarətçilərin elektron qeydiyyatı sistemi”ni yaradıb

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Nəzarətçilərin elektron qeydiyyatı sistemi"ni yaradıb.

Trend TQDK-nın saytına istinadən xəbər verir ki, sistemin yaradılmasında məqsəd komissiya tərəfindən keçirilən test imtahanlarına respublikanın ümumi təhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılmasıdır.

Sistemdə zal nəzarətçilərinin qeydiyyatının müvafiq təhsil müəssisəsinin özü tərəfindən internet vasitəsi ilə aparılması nəzərdə tutulur. Bu sistem vasitəsi ilə ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici məktəb üzrə zal nəzarətçiləri bazasına istifadəçi adı və şifri ilə daxil olaraq mövcud nəzarətçilər bazasında nəzarətçi-müəllimin şəxsi və digər zəruri məlumatlarını dəqiqləşdirir və yeni nəzarətçilərin qeydiyyatını aparır.

İnternet proqramının öyrənilməsi üçün "Elektron qeydiyyat sistemindən istifadə qaydaları" mövzusunda treninqlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti