...

"Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsi parlamentdə müzakirəyə çıxarıla bilər

Cəmiyyət Materials 17 Dekabr 2013 13:05 (UTC +04:00)
“Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsindən ziddiyyətli maddələr çıxarılıb.
"Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsi parlamentdə müzakirəyə çıxarıla bilər

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İzzət/

"Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsindən ziddiyyətli maddələr çıxarılıb.

Trend xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin qəbulu məsələsini yenidən gündəmə gətirib.

Millət vəkili belə bir qanuna ciddi ehtiyac olduğunu deyib: "Analar gəlir, ailələr gəlir, statistikalara baxırıq, boşanan ailələrin əksəriyyətində övladsızlıq böyük rol oynayır. Bu cür ailələrə dəstək göstərilməlidir. Bu baxımdan, "Reproduktiv sağlamlıq haqqında" Qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir. Orada ziddiyyətlərə səbəb olan süni mayalanma məsələsinə hansısa şəkildə baxmaq olar. Bu, ailələrə çox kömək edə bilər. Süni mayalanma dinimizə də zidd deyil. Bütün müsəlman ölkələrində də qəbul olunub ki, bu, ailəni dağılmaqdan qorumaq üçün tətbiq oluna bilər".

Q.Paşayevanın fikrincə, hələlik qanun layihəsindəki mübahisəli müddəaları bir kənara qoyaraq qanunu ümumilikdə qəbul etmək, həmin məqamları isə sonradan dəqiqləşdirmək mümkündür.

Millət vəkilinin bu təklifinə cavab olaraq spiker Oqtay Əsədov bildirib ki, artıq həmin qanun layihəsindən ziddiyyətli maddələr çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti