...

Gəncənin 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilməsi ilə bağlı görüləcək işlər müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2013 13:08 (UTC +04:00)
Gəncədə şəhərin 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilməsi ilə bağlı tədbir keçirilib.
Gəncənin 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilməsi ilə bağlı görüləcək işlər müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Gəncədə şəhərin 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilməsi ilə bağlı tədbir keçirilib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri Asəf Hacıyev və Musa Quliyev iştirak edirlər.

Tədbirdə çıxış edənlər Gəncənin Avropanın gənclər paytaxtı seçilməsi ilə bağlı görüləcək işlərdən danışıblar.

Qeyd edək ki, qonaqlar ilk olaraq Gəncədə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti