...

İƏİT: Əməkdaşlıq müddəti ərzində Azərbaycan götürdüyü bütün öhdəlikləri yerinə yetirib

Cəmiyyət Materials 17 Yanvar 2014 11:48 (UTC +04:00)
"Əməkdaşlıq müddəti ərzində Azərbaycan götürdüyü bütün öhdəlikləri, verdiyi bütün sözləri yerinə yetirib".
İƏİT: Əməkdaşlıq müddəti ərzində Azərbaycan götürdüyü bütün öhdəlikləri yerinə yetirib

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İzzət/

"Əməkdaşlıq müddəti ərzində Azərbaycan götürdüyü bütün öhdəlikləri, verdiyi bütün sözləri yerinə yetirib". Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT - OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən ölkəmizin Üçüncü Dəyərləndirmə Raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçməsi ilə əlaqədar qəbul etdiyi hesabatın təqdimatı zamanı OECD Katibliyinin Antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran bildirib.

O xatırladıb ki, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinə 1998-cü ildən, onun İstanbul Fəaliyyət Planına isə 2003-cü ildən qoşulub.

İstanbul Fəaliyyət Planının layihə rəhbəri Tetyana Xavanska isə qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində bəzi qanunvericilik aktları qəbul edilib ki, bu da təqdirəlayiqdir. Siyasi sənədlər düzənli şəkildə nəzərdən keçirilir. müəyyən etmişik ki, QHT-lərə dəstək artıb.

Onun sözlərinə görə, hökumət QHT-lərə təkcə maliyyə dəstəyi verməklə kifayətlənmir, hökumət vətəndaş cəmiyyətləri ilə əlaqələrini genişləndirir: "Bununla yanaşı, hələ müəyyən çatışmazlıqlar da var. Məsələn, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinin cəmi 4 nəfər olması yetərli deyil. Hesab edirik ki, Komissiyanın tərkibi genişlənməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti