...

Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Yanvar 2014 17:30 (UTC +04:00)
20 yanvar hadisələrində şəhid olmuş şəxslərin ailələri, bu hadisələr zamanı əlil olmuş vətəndaşlar dövlətin hərtərəfli qaygısı ilə əhatə edilib
Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Fondun sədri Elman Mehdiyev vurğulayıb ki, 20 yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Öz xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar hadisələri Azərbaycan xalqının təkcə faciə günü yox, həm də müstəqillik uğrunda aparılan mübarizənin yüksəliş zirvəsidir. E.Mehdiyev həmin dövrdə baş verən tarixi prosesləri xatırladaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.

DSMF sədri bildirib ki, ulu öndərin vətənimizin azadlığı uğrunda canlarından keçən vətəndaşlarımız xatirəsinin əbədiləşdirilməsi, 20 yanvar hadisələrində şəhid olmuş şəxslərin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qaygısı ilə əhatə olunması istiqamətində əsasını qoyduğu dövlət siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərə toxunan E.Mehdiyev vurğulayıb ki, bu faciənin qurbanlarının sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılıb, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi barədə müxtəlif fərman və sərəncamlar verilib.

Daha sonra tədbirdə xalq artisti İlham Əsgərov və xalq artisti Laləzar Mustafayevanın ifasında bədii kompozisiya səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti