...

Kiyevdə toqquşmalarda ukraynalı jurnalist yaralanıb

Cəmiyyət Materials 20 Yanvar 2014 16:41 (UTC +04:00)
Ukraynanın Televiziya Xəbər Xidmətinin (TSN) jurnalisti Nataliya Pisnya Kiyevin mərkəzində davam edən toqquşmalarda ayağından yaralanıb.
Kiyevdə toqquşmalarda ukraynalı jurnalist yaralanıb

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Ukraynanın Televiziya Xəbər Xidmətinin (TSN) jurnalisti Nataliya Pisnya Kiyevin mərkəzində davam edən toqquşmalarda ayağından yaralanıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Milis və və müxalifət tərəfdarları arasında qarşıdurmalar Ukrayna paytraxtında dünən axşamdan başlayıb və hələ də davam edir.

Məlumata görə, jurnalistə ağrıkəsici iynə vurulub.

Daha əvvəl bildirilirdi ki, yaralananlar arasında "İzvestiya" qəzetinin və Azadlıq radiosunun əməkdaşları da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti