Azərbaycanda vətəndaşlara pulsuz hüquqi yardım göstərəcək dövlət qurumunun yaradılması planlaşdırılır

Azərbaycanda vətəndaşlara pulsuz hüquqi yardım göstərəcək dövlət qurumunun yaradılması planlaşdırılır

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanda vətəndaşlara pulsuz hüquqi yardım göstərəck dövlət qurumunun yaradılması gözlənilir. Bu barədə Trend-ə eksklüziv müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

"Bu gün Azərbaycanda vətəndaşların daha keyfiyyətli hüquqi yardım almaq problemi var. Sizcə bu nə ilə əlaqədardır?" sualına cavabında Ə.Hüseynli deyib ki, Azərbaycanın ötən illərdə sürətli iqtisadi inkişafı ölkədə həm də hüquqi islahatlara yeni bir nəfəs verib: "Son 10 ildə onun inkişaf tempi o qədər sürətli idi ki, inzibati idarəetmədə və hüquq islahatlarında bu tempə uyğunlaşmaq vəzifəsi var idi. İqtisadi inkişaf eyni zamanda, heç kimin gözləmədiyi sayda mübahisələrə də gətirib çıxarırdı. Çünki burada əmlak məsələləri meydana çıxdı, bəzi hallarda vətəndaş-məmur mübahisələri artmağa başladı. Məhkəmə-hüquq islahatları çərçivəsində aydın şəkildə görünürdü ki, ölkədə məhkəmə islahatları yeni mərhələyə keçməlidir. Bununla bağlı, xüsusən hakim korpusu, onların sayının artırılması ilə bağlı bir sıra tədbirlər görüldü".

Millət vəkilinin sözlərinə görə, bütün bu illər ərzində müsbət statistika ondan ibarətdir ki, cinayətkarlıqla bağlı dinamika sabit oldu, yəni, ölkədə cinayətkarlıq artmadı: "Bu baxımdan, cinayət işləri üzrə hüquqi məsələ elə də aktual deyil və bu sahədə peşəkarlar kifayət qədərdir. Amma daha sivil hüquqla bağlı münasibətləri tənzimləyən peşəkar yardım sahəsində problem var və bu problem aktual olaraq qalır. Bunun əsas səbəbi pullu və ya pulsuz hüquqi yardımın kifayət qədər olmamasıdır. Əgər pullu hüquqi xidmət varsa, deyək ki, vəkil, hüquqşünas xidməti ödənişli əsaslarladır. Çünki çoxlu sayda hüquq şirkətləri var və peşəkarlar, Qərb, xarici universitetlərin məzunları da kifayət qədərdir. Amma onlar ödənişlidir və hər kəsin onların xidmətindən bəhrələnmək imkanı yoxdur. Deməli, məsələnin aktuallığı pulsuz hüquqi yardıma söykənir. Bax, bu sahədə hüquq ictimaiyyətinin qarşıda görəcəyi çox ciddi işlər var".

Ə.Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Ədliyyə Akademiyası, Vəkillər Kollegiyası, bir neçə hüquq şirkəti, o cümlədən Bakı Hüquq Mərkəzi, Azərbaycan Hüquqşünaslar Konfederasiyası bir neçə xarici tərəfdaşla birlikdə pulsuz hüquqi yardım üzrə nəzəriyyələr hazırlayırlar: "Artıq işçi qaydasında qanun layihəsi də var. Bu dövr ərzində bir neçə xarici ölkənin təcrübəsi öyrənilib. Hesab edirəm ki, indiki iqtisadi inkişaf şəraitində Azərbaycan dövlətinin artıq kifayət qədər imkanı var ki, pulsuz hüquqi yardımı həyata keçirəcək büdcədən maliyyələşən qurum yaradılsın, bu qurum maliyyələşdirilsin və aztəminatlı insanlar həmin o qurumdan davamlı şəkildə pulsuz hüquqi yardım ala bilsinlər".

Millət vəkilinin fikrincə, daha əhəmiyyətlisi ola bilər ki, belə bir qurum Ədliyyə Nazirliyi yanında yaradılsın: "Çünki istər-istəməz həmin qurumun maddi-texniki təminatı məsələsi gündəmə gələcək. Ona görə də bu qurumun müvafiq icra hakimiyyəti yanında yaradılması vacibdir. Hesab edirəm ki, bu, bizim məhkəmə-hüquq islahatlarımıza da öz töhfəsini verəcək. Çünki mənim müşahidəm onu göstərir ki, əgər ilkin mərhələdə vicdanlı və peşəkar hüquqi yardım göstərilərsə, bəzən çoxlu sayda işlər məhkəməyədək mübahisələndirilməyə bilər. Ona görə də vətəndaşlara pulsuz hüquqi yardım institutunu yaratmaq, onu inkişaf etdirmək lazımdır. Hələlik bu, aşağı səviyyədədir, xüsusən də regionlarda bu, müəyyən problem yaradır".

"Dövlət tərəfindən vəkillərə hər saata görə 2 manata yaxın pul ödənilir. Sizcə, bu, peşəkar fəaliyyət üçün yetərlidirmi? Ümumiyyətlə, bəzi xarici ölkələrin təcrübəsində olduğu kimi, Azərbaycanda da alternativ vəkillik institutu yaradılmalıdırmı?" sualına cavabında isə Ə.Hüseynli deyib ki, Azərbaycanda vəkillərin, Vəkillər Kollegiyasının üzvü olan vəkillərin əhalinin adambaşına düşən sayı azdır: "Son 10 ildə apardığı işlərin nəticəsi idi ki, Azərbaycan hakimlərin adambaşına düşən sayına görə Avropada orta rəqəmə çata bilib. Amma bunun üçün görün, neçə illik yol keçdik. Bu, 2004-cü ildən bəri 10 ilin nəticəsində əldə olundu. Deməli, bu, çox uzun bir yoldur, çox resurs tələb edir ki, vəkillərin sayını artıraq. Məncə, dediyimiz birinci məsələ - pulsuz hüquqi yardımla məşğul olan dövlət qurumu yaratsaq, çoxlu sayda müraciətlər azalmış olacaq".

Millət vəkilinin sözlərinə görə, bir neçə il bundan əvvəl "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna fundamental dəyişikliklər edildi: "Oraya mümkün olan bütün mütərəqqi dünya təcrübəsini gətirdik. Deyim ki, vəkillik peşəsi bütün sivil dünyada çox hörmətli və çoxtəminatlı hesab olunur. Əlbəttə ki, bir tək vəkillik institutu yox, səmərəli ədalət mühakiməsi bahalı bir sistemdir. Ona görə bir çox ölkələrdə insanlar məhkəməyə qədər çalışırlar ki, mübahisəni həll etsinlər. Çünki hər kəs məhkəməyə getmir. Heç kim risk etmir və hətta ən yaxşı məsləhəti vermiş vəkil belə artıq təminatlıdır. Çünki onun perspektivini görmür. Bu baxımdan, ədalət mühakiməsi özü bahalı bir sistem olduğuna görə, bir çox ölkələrdə hakimlər də çox yüksək təminatlı olurlar. Avropa ölkələrində onların təminatı kifayət qədərdir. Dediyiniz o maddi təminat məsələsi bundan əvvəl bir dəfə qaldırılıb. Mənə belə gəlir ki, saat hesabı ilə təminat, imkan olsa, hətta büdcədən bir dəfə də qalxsa, bu, problemi həll etməyəcək. Yəni, pulsuz hüquqi yardım sistemi yaratsaq, hansı məbləğin ödənilməsi məsələsi avtomatik olaraq əhəmiyyətini itirmiş olacaq. Çünki həmin variant özünü doğrultmur".

"Twitter"in işində qüsurlar yaranıb
"Twitter"in işində qüsurlar yaranıb
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
Loading Bars
Xəbər lenti
Nərimanovda bina yanır
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkminləşdirilir
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu
Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib
Bakı şəhər prokurorluğunun 14 əməkdaşı cəzalandırılıb
Ötən il Bakıda 6500-ə yaxın cinayət işinin istintaqı tamamlanıb
Bakıda ölümlə nəticələnən yol qəzaları artıb
Ötən il Bakıda 12 min 761 cinayət hadisəsi baş verib - İlqar Abbasov
S&P Azərbaycanda 2025-ci ilədək inflyasiya proqnozlarını açıqlayıb
S&P manatın dollara mövcud nisbətdə bağlılığını təsdiq edib
Bazar günü hava necə olacaq?
Yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib etdi
“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb
Hindistanda yaşayış binasında yanğın, 10-a yaxın ölü var
Hazırda "omikron" dünyada qriplə bərabər yayılır
S&P agentliyi Azərbaycanın kredit reytinqini BB+/B səviyyəsində təsdiq edib
Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb (FOTO/VİDEO)
S&P Azərbaycan və Türkiyə Mərkəzi bankları arasında mümkün svop sazişini şərh edib
Ötən gün evini tərk edən 11 koronavirus xəstəsi küçədə yaxalanıb
Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
Ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının daha da genişləndirilməsinə nail olmalıyıq - Vüqar Rəhimzadə
Ötən gün 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Krasnodar hava limanı bağlanıb
Azərbaycan və İran arasında razılaşma əldə olunub (FOTO)
Qarabağa avtobusla səfər edənlərin bileti belə olacaq (FOTO)
Azərbaycan futzalçıları bu gün Avropa çempionatında ilk matçına çıxır
Səhiyyə qurumları vətəndaşlara çağırış etdi
Azərbaycanda koronavirus xəstələrinin karantində qalma müddəti azaldılır
“Avrora" Qrup uşaq sığınacaqlarında məskunlaşan uşaqları sevindirib (FOTO)
Alyaskada güclü zəlzələ olub
Azərbaycan nefti ucuzlaşıb
Masallıda yataq xəstəsi evdə yanaraq ölüb
Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir - Agentlik
Bitkoinin qiyməti son beş ayda ən aşağı səviyyəyə düşüb
Braziliyada çatdırılmanı dronlara yerinə yetirməyə icazə verilib
İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
Hulusi Akar Suriya və İraqla sərhəddəki bölmələrə baxış keçirib
Almaniyada minimum əmək haqqının artırılması məşğulluğa təsir etməyəcək - nazir
Arnold Şvartsenegger Kaliforniyada ağır yol qəzası törədib (FOTO)
ABŞ-da məktəbdə şagird güllələnib
ÜST 12 yaşadək yeniyetmələrə azaldılmış dozada Pfizer peyvəndini tövsiyə edib
Meksikada oteldə atışma nəticəsində iki Kanada vətəndaşı öldürülüb
Ənənəvi Braziliya karnavalları koronavirus səbəbindən təxirə salınıb
Yaponiyada baş verən zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Gürcüstan Rusiya ilə hava əlaqəsinin bərpasını müzakirə etməyə hazır olduğunu bildirib
ABŞ-ın ən yaşlı sakini 115 yaşında vəfat edib
Belçikada koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılır
Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu ötüb
NATO Aralıq dənizində təlimlərə başlayır
Amerikanın Atlas V raketi Pentaqonun kəşfiyyat peyklərini orbitə çıxarıb
BMT-nin baş katibi dünyadakı vəziyyəti soyuq müharibə dövründəkindən daha təhlükəli adlandırıb
Elbrus Əliyev 2007-ci ildə təqaüdə çıxmıb, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər-hansı əlaqəsi olmayıb - Baş Prokurorluq
Ərəb koalisiyasının Yəmən həbsxanasına hava hücumu nəticəsində onlarla insan həlak olub
Serbiyalı nazir ölkə başçısına sui-qəsd hazırlandığını bildirib
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
Böyük Britaniyada koronavirusun omikron ştammının yeni alt növü aşkarlanıb
Fransa Prezidenti Kabinetinin müşaviri və Aİ-nin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb (ÖZƏL)
Yaponiyanın cənub-qərbində 6,6 bal gücündə zəlzələ baş verib
"Mercedes" mindən çox avtomobili geri çağırır
Bir qrup valideyn növbəti dəfə MDU-da imtahan prosesini müşahidə edib (FOTO)
Bakıda özünü məftillə ağaca bərkidib yandıran şəxslə bağlı araşdırma aparılır
Cəlilabad sakinlərindən qanunsuz odlu silahkar aşkarlanıb
Azad edilmiş ərazilərin bərpası üçün yaradılmış təsisatlara ödənilən vəsaitin əhatəsi genişləndirilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi yaz sessiyasında ilk iclasını keçirib (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzinə 20 adda dəyəri yüksək dərmanlar verilib
Azərbaycanda süni qiymət artımına qarşı mübarizə, antiinflyasiya tədbirləri - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Qəbələ sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır (FOTO/VİDEO)
Türkiyə ordusu Suriyada 18 terrorçunu zərərsizləşdirib
Azərbaycanda məişət zorakılığına görə cəzalar sərtləşdirilir
Yanvarın 24-nə USD/AZN rəsmi məzənnəsi
"Omikron" ştammının sürətlə yayılması yaz aylarına qədər davam edə bilər
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Bolqarıstanda silsilə tədbirlər təşkil olunub (FOTO)
Bakının bu hissəsinə içməli su məhdudiyyətlə veriləcək
Həyat yoldaşına zorakılıq edənlər həbs ediləcək
Dünyada son bir həftədə rekord sayda şəxs koronavirusa yoluxub
Dövlət qulluğuna qəbul üzrə imtahan keçiriləcək
Valideynsiz uşaqlara valideyn olaq və onlar ailədə böyüsün! - Nazirlikdən yeni videoçarx
Tunis sahillərində miqrantları aparan qayıq batıb, 11 ölü var
Tələbələrin köçürülməsi ilə bağlı yenilik edilib
Ərdoğan Ukrayna ilə bağlı Putinlə görüşə bilər
Tağıyevin heykəlini zədələyənlər barədə məhkəmə qərar verdi
Azərbaycanla daha bir ölkə arasında viza tələbi ləğv edilir
Leobank rəqəmsal bankı seçən istifadəçilərin sayı artıq 100 000 nəfərə çatıb
Hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir - Nazirlər Kabineti
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 068 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib
Boy hormonu çatışmazlığı olan 450 uşaq ödənişsiz boy hormonu preparatı ilə təmin olunub
UNEC-in ingilis dilində yeni elmi jurnalı çapdan çıxdı
Yasamalda 7 küçə əsaslı təmir olunur (FOTO/VİDEO)
Zəngilanda “Azərsu” ASC-nin xidmət sahəsi yaradılıb (FOTO)
Qlobal inflyasiya böhranı dərinləşir: Azərbaycan hansı addımlar atacaq?
Ağacları kəsən şirkət cəzalandırılıb
Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək üçün müraciətlərin qəbuluna başlandı
Bütün xəbərlər