...

Ekologiya və təbii sərvətlər naziri Masallıda vətəndaşların qəbulunu keçirib (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2014 12:06 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazirlə birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri də iştirak edib.
Ekologiya və təbii sərvətlər naziri Masallıda vətəndaşların qəbulunu keçirib (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Yanvarın 31-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Masallı şəhərində yerləşən Gənclər evində Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazirlə birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri də iştirak edib.

Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 40-dan artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir vətəndaşın müraciətinin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Müraciətlərin bir hissəsi isə elə yerindəcə öz həllini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti