...

Yol polisi Azərbaycanın magistral yollarındakı son vəziyyəti açıqladı

Cəmiyyət Materials 3 Fevral 2014 11:02 (UTC +04:00)
Azərbaycanda bütün magistral avtomobil yolları açıqdır və nəqliyyatın hərəkətində heç bir məhdudiyyət yoxdur.
Yol polisi Azərbaycanın magistral yollarındakı son vəziyyəti açıqladı

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanda bütün magistral avtomobil yolları açıqdır və nəqliyyatın hərəkətində heç bir məhdudiyyət yoxdur. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyev deyib ki, fevralın 1-dən 3-dək Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraiti zamanı 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 13 nəfər xəsarət alıb. Sevindirici haldır ki, bu hadisələr zamanı ölən olmayıb.

Qeyd edək ki, qar və çovğunun müşahidə olunduğu yanvarın 30-dan fevralın 1-dək olan dövrdə respublikanın avtomobil yollarında 23 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar zamanı 8 nəfər ölüb, 27 nəfər isə yaralanıb.

Xatırladaq ki, yanvarın 30-u axşamdan başlayaraq Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti