...

Azərbaycanda yeniləşən yol infrastrukturu (VİDEO)

Cəmiyyət Materials 21 Fevral 2014 13:36 (UTC +04:00)
Azərbaycanda yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artıb.
Azərbaycanda yeniləşən yol infrastrukturu (VİDEO)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Azərbaycanda yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artıb.

Trend-in məlumatına görə, son 10 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 ədəd asfalt-beton zavodu istifadəyə verilib.

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyu Bakıdan Gürcüstanla sərhədədək 513 km-lik hissəsində həyata keçirilən işlər Nəqliyyat Nazirliyi tərəfindən uğurla davam etdirilib. Ölkə başçısı İlham Əliyevin rəhbərliyə başladığı vaxtdan etibarən sözügedən magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidən qurulması üçün tələb olunan maliyyə mənbələri həll olunub. Eyni zamanda, magistralın 2-ci texniki dərəcəli, 2 hərəkət zolaqlı hissələrinin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işlərinin çox hissəsi yerinə yetirilib.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti