...

Azərbaycanın məhkəmə sistemindəki vəziyyət müzakirə edilib

Cəmiyyət Materials 28 Fevral 2014 17:08 (UTC +04:00)
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun sədrliyi ilə hakimlər və ədliyyə işçilərinin iştirakı ilə müşavirə keçirilib.
Azərbaycanın məhkəmə sistemindəki vəziyyət müzakirə edilib

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun sədrliyi ilə hakimlər və ədliyyə işçilərinin iştirakı ilə müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirədə ədliyyə naziri F.Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış ediblər.

Çıxışlarda dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, dövlət məmurları tərəfindən etik qaydalara dönmədən riayət olunması və korrupsiyaya qarşı ən qəti mübarizə tədbirlərinin aparılması ilə bağlı tapşırıqları vurğulanıb.

Müşavirədə, həmçinin qanunun aliliyinin təmin olunması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub, peşəkarlığın artırılması, xüsusilə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi, habelə icra və əmək intizamına ciddi əməl olunması, vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntusu, korrupsiyaya şərait yaradan və digər neqativ halların qətiyyətlə aradan qaldırılmasının zəruriliyi bildirilib.

Bununla yanaşı, icra məmurlarına icra prosesi zamanı insan hüquqlarına ciddi riayət olunması, məhkəmə qərarlarının vaxtında və dürüst icrası, işin yaxşılaşdırılması üzrə konkret tapşırıqlar verilib, korrupsiya, süründürməçilik, qeyri-etik davranış və digər neqativ halların yolverilməzliyi xüsusi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti