...

Elmira Süleymanova: DİN-ə göndərilmiş 203 müraciətin araşdırılması nəticəsində 4 nəfər daxili işlər orqanından xaric edilib

Cəmiyyət Materials 4 Mart 2014 13:06 (UTC +04:00)
Azərbaycanda 2013-cü ildə dövlət yol polisinin əməkdaşları ilə bağlı Ombudsmana daxil olan 134 müraciətdə bir sıra əməkdaşlar tərəfindən sürücülərlə kobud rəftar halları, onlara qarşı qeyri-etik münasibət, qanun pozuntularına yol verilməsi, pozuntunun sənədləşdirilməməsi, rüşvət halları öz əksini tapıb.
Elmira Süleymanova: DİN-ə göndərilmiş 203 müraciətin araşdırılması nəticəsində 4 nəfər daxili işlər orqanından xaric edilib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycanda 2013-cü ildə Ombudsman tərəfindən Daxili İşlər Nazirliyinə (DİN) göndərilmiş 203 müraciətin araşdırılması nəticəsində təsdiq olunmuş faktlar üzrə vətəndaşlara qarşı kobud rəftara, qanunda nəzərdə tutulmuş müddətdən artıq polisdə saxlama və istintaq orqanına vaxtında təhvil verməməyə görə 25 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 4 əməkdaş daxili işlər orqanından xaric edilib, 4-ü tutduğu vəzifədən azad olunub, 17-si barədə isə intizam tənbehi tətbiq edilib. Trend xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2013-cü il üzrə illik məruzəsini təqdim edərkən bildirib.

E.Süleymanova deyib ki, Ombudsmanın müraciəti əsasında ötən il insan hüquq və azadlıqlarının pozulması ilə bağlı DİN-ə daxil olmuş və təsdiq edilmiş 252 fakt üzrə 341 əməkdaş intizam məsuliyyətinə cəlb edilib (onlardan 8-i əsassız cinayət məsuliyyətinə cəlb etmə, 118-i vətəndaşlarla kobud rəftar, 63-ü polisə əsassız gətirmə və saxlama, 43-ü sürücülərin hüquqlarının pozulması, 5-i əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 15-i isə digər faktlar). Onlardan 33 nəfəri daxili işlər orqanlarından xidmətdən xaric edilib, 21 əməkdaş tutduğu vəzifədən azad edilib, 287 əməkdaş barəsində isə digər intizam tədbirləri görülüb.

Bundan əlavə, Azərbaycanda 2013-cü ildə dövlət yol polisinin əməkdaşları ilə bağlı Ombudsmana daxil olan 134 müraciətdə bir sıra əməkdaşlar tərəfindən sürücülərlə kobud rəftar halları, onlara qarşı qeyri-etik münasibət, qanun pozuntularına yol verilməsi, pozuntunun sənədləşdirilməməsi, rüşvət halları öz əksini tapıb. Müvəkkil tərəfindən bu müraciətlər üzrə də müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti