...

ADA Universitetində Məktəb Direktorlarının Birinci Forumu keçirilib

Cəmiyyət Materials 12 Mart 2014 11:46 (UTC +04:00)
Bu gün ADA Universitetində “Orta məktəb direktorluğunda liderlik bacarıqları və dünya təcrübəsi” mövzusunda Məktəb Direktorlarının Birinci Forumu keçirilib.
ADA Universitetində Məktəb Direktorlarının Birinci Forumu keçirilib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Bu gün ADA Universitetində "Orta məktəb direktorluğunda liderlik bacarıqları və dünya təcrübəsi" mövzusunda Məktəb Direktorlarının Birinci Forumu keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, forumun açılışında ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və ADA Universitetinin tədris işləri üzrə prorektoru Dr. Patrik Kvin iştirak ediblər.

Forum daha sonra "ADA Universitetinin Təhsil Modeli: Nəyi və nə üçün bölüşürük?" mövzusunda ADA Universitetinin Dəqiq və Humanitar Elmlər İnstitutunun Dekanı Dr. Vəfa Kazdalın nitqi ilə davam edib. Forum iştirakçıları ADA Universitetinin dərəcə proqramları və təhsil imkanları ilə tanış olublar.

Forum çərçivəsində ABŞ-ın nüfuzlu Miçiqan Dövlət Universitetinin nümayəndəsi Dr. Barbara Markle da təhsil və məktəb direktorluğu sahəsindəki təcrübələri ilə bölüşüb. "Şimali Amerikanın təhsil sistemində yeni yanaşmalar: Direktorluqda menecerlikdən liderliyə doğru" adlı çıxışında Dr. Markle məktəblərin düzgün idarəedilməsi haqqında fikirlərini paylaşıb.

Təhsil üzrə məsləhətçi Dr. Asəf Cahangirov isə "Məktəb direktorları təhsil islahatlarında aparıcı rol oynayan şəxslər qismində" mövzusu haqqında danışıb.

Forum sual-cavab sessiyası ilə bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti