...

"Texnologiyalar dünyası" layihəsinin növbəti təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2014 16:40 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Texnologiyalar dünyası" layihəsinin ikinci təqdimatı və təlimi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində təşkil olunub.
"Texnologiyalar dünyası" layihəsinin növbəti təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Texnologiyalar dünyası" layihəsinin ikinci təqdimatı və təlimi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində təşkil olunub.

Trend-in məlumatına görə, layihənin məqsədi Bakı və Sumqayıtda yaşayan gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, İKT-nin imkanlarından istifadə etməklə əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.

Layihə çərçivəsində gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, internet resurslarından səmərəli istifadə etmək üçün məlumatlar vermək, internetdə alış-veriş edilməsini praktiki göstərmək, CV-nin yazılma qaydaları, sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsinə şərait yaratmaq, gənclərin məsğulluğunu artırmaq, aktiv vətəndaş konseptini aşılamaq və s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanaraq, maarifləndirici bukletlər nəşr edilib.

Həmçinin bunları əyani olaraq əks etdirən "Texnologiyalar dünyası" adlı videoçarx hazırlanaraq təqdim edilib. Layihə çərçivəsində həyata keçirilən seminarlarda iştirak edən 100-dən çox tələbə və media nümayəndələri iştirak edib.

Tədbirin sonunda seminarda iştirak edənlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Elmar Məmmədovun rəhbəri olduğu "Texnologiyalar dünyası" layihəsi çərçivəsində seminarların nə zaman və harada keçirilməsi ilə bağlı posterlər seminarların keçiriləcəyi müəssisələrdəki elan lövhələrinə vurulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti