...

Azərbaycanda 10 il uşağı olmayan ailələrə süni mayalanma üçün dövlət səviyyəsində yardım ediləcək

Cəmiyyət Materials 30 Aprel 2014 17:17 (UTC +04:00)
Bu gün nikaha girənlərin 9-11 faizinin uşağı olmur, yəni təxminən nigaha girənlərin 9 mininin uşağı olmur. Bu çox ciddi məsələdir.
Azərbaycanda 10 il uşağı olmayan ailələrə süni mayalanma üçün dövlət səviyyəsində yardım ediləcək

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycanda nikaha girənlərin 9-11 faizinin, yəni təxminən 9 mininin uşağı olmur. Bu, çox ciddi məsələdir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Millət vəkili bildirib ki, 10 ildən çox uşağı olmayan ailələr üçün süni mayalanma əməliyyatı dövlət vəsaiti hesabına həyata keçiriləcək:

"Sözügedən əməliyyat çox bahalıdır. İmkansız, kasıb ailələr bunu edə bilmirlər. Düşünürük ki, dövlət tərəfindən belə bir dəstək olsun. "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində 10 ildən çox uşağı olmayan ailələr üçün süni mayalanmanın dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulur. Qanun layihəsində, həmçinin aborta getməmək kimi məsələlər var".

H.Rəcəbli əlavə edib ki, qanun layihəsində süni mayalanma zamanı donorların yalnız azərbaycanlı olması ilə bağlı məsələ olsa da, bununla bağlı hələ heç bir nəticəyə gəlinməyib.

Qeyd edək ki, bu gün Milli Məclisin Sosial siyasət komitəsində "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi olub. Bu qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti