...

MTRŞ telekanallarda Azərbaycanın əbədi dilinin qorunmamasından narahatdır

Cəmiyyət Materials 9 May 2014 10:55 (UTC +04:00)
MTRŞ sədri həmçinin qeyd edib ki, hazırda Azərbaycanda yeni telekanalın açılmasına ehtiyac yoxdur.
MTRŞ telekanallarda Azərbaycanın əbədi dilinin qorunmamasından narahatdır

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Mehdiyev/

Milli Televiziya və Radio Şurası telekanalları efirdə Azərbaycanın dil qaydalarına əməl etməyə çağırıb.

Trend-in məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə bildirib ki, telekanallarda bədii şuralar Azərbaycan dili ilə bağlı yaradılıb: "Amma çox təəssüf ki, bir sıra kallarda bədii şuralar yalnız formal xarakter daşıyır. Bu hal bizi narahat edir".

N.Məhərrəmli deyib ki, hər bir insan bu məsələdə çox diqqətli olmalıdır: "Yəni Azərbaycanın dil qaydalarının efirdə əməl edilməsi çox vacib bir məsələdir. Azərbaycanın bütün telekanalları birmənalı şəkildə Azərbaycanın əbədi dilini qorumalıdır. Bu, bizim vətəndaşlıq borcumuzdur".

MTRŞ sədri həmçinin qeyd edib ki, hazırda Azərbaycanda yeni telekanalın açılmasına ehtiyac yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti