...

"Parlaq Zəka" intellekt şousunun dördüncü 1/4 final mərhələsinin oyunu keçirildi (FOTO)

Cəmiyyət Materials 2 İyun 2014 13:58 (UTC +04:00)
“Parlaq Zəka” intellekt şousunun dördüncü 1/4 final mərhələsinin oyunu keçirildi.
"Parlaq Zəka" intellekt şousunun dördüncü 1/4 final mərhələsinin oyunu keçirildi (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

"Parlaq Zəka" intellekt şousunun dördüncü 1/4 final mərhələsinin oyunu keçirildi.

Bu həftə zəkalar qüvvələrini "Koroğlu dastanı" mövzusunda sınadı. Rəhman Əkbərov, Orxan Səfərov və Elnur Kərimovun yarışdığı üçlükdə qələbəni Qafqaz Universitetinin tələbəsi O.Səfərov bayram etdi.

Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevin sözlərinə görə, O.Səfərov layihənin əsas favoritlərindən biridir və oyunu ilə də bunu sübut edə bildi.

Şəmkirdə yerləşən Zəka İntellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilati dəstəyi ilə yayımlanan "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da, onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.

Əlavə məlumat əldə etmək üçün "Facebook - Parlaq Zəka" səhifəsinə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti