...

Allahşükür Paşazadə: Azərbaycan və Kipr türkləri arasında əlaqələrin inkişaf etdirilməsi vacibdir

Cəmiyyət Materials 3 İyun 2014 16:17 (UTC +04:00)
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Sadəddin Topukçunu qəbul edib.
Allahşükür Paşazadə: Azərbaycan və Kipr türkləri arasında əlaqələrin inkişaf etdirilməsi vacibdir

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Sadəddin Topukçunu qəbul edib.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı səmimi salamlayan QMİ sədri Kipri türk dünyasının bir parçası, kiprliləri türkdilli qardaş xalq kimi dəyərləndirdiyini bildirib, Türkiyə dövləti ilə Azərbaycan arasında mövcud qardaşlıq əlaqələrinin Kiprə də sirayət etdiyini diqqətə çatdırıb.

Səmimi ünsiyyət şəraitində keçən görüşdə A.Paşazadə Azərbaycan və Kipr türkləri arasında əlaqələrin inkişafının vacibliyinə toxunub: "Azərbaycan və Kipr türkləri arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərin genişləndirilməsi vacibdir".

QMİ sədri bildirib ki, keçirilən beynəlxalq dinlərarası tədbirlərdə Azərbaycan və Kipr nümayəndələrinin qarşılıqlı şəkildə iştirakı bu işə öz töhfəsini verə bilər.

A.Paşazadə Kiprdə iştirak etdiyi konfranslar, habelə Kiprin mərhum lideri Rauf Denktaşla görüşü barədə xatirələrini dilə gətirib, Kipr xalqına və rəhbərliyinə ən xoş arzularını yetirib.

Qardaş Azərbaycanda təmsilçi olmaqdan şərəf duyduğunu bildirən Kiprin təmsilçisi S.Topukçu isə Şeyxülislamı tanınmış, nüfuzlu dini lider kimi yuksək dəyərləndirdiklərini deyib, onu Kiprdə gedən inkişaf prosesləri barədə məlumatlandırıb, Azərbaycan və Kipr xalqları arasında qardaşlıq münasibətlərinin, mənəvi əlaqələrin inkişaf etdirilməsini arzuladıqlarını vurğulayıb.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti