...

Allahşükür Paşazadədən Qərb dövlətlərinə ciddi ittiham

Cəmiyyət Materials 5 İyun 2014 14:41 (UTC +04:00)
Qərb dövlətləri müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar. Trend xəbər verir ki, bunu islamofobiya ilə bağlı jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
Allahşükür Paşazadədən Qərb dövlətlərinə ciddi ittiham

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

Qərb dövlətləri müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar. Trend xəbər verir ki, bunu islamofobiya ilə bağlı jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri qeyd edib ki, hazırda dünyada islamofobiya və müsəlmanlar arasında parçalanma yaratmaq cəhdləri var və bu, göz qabağındadır: "Məsələn, Suriyada hər iki tərəfdən döyüşənlər müsəlmanlardır, hər iki tərəfdəkilər "Allahu Əkbər" deyir. Bu vəziyyəti yaradanlar kimlərdir?! Bu durumu məqsədli şəkildə yaradırlar. Dünyada dinlər, dövlətlər, xüsusən, müsəlmanlar arasında münaqişə yaradaraq onları zəiflədib, onların sərvətlərinə yiyələnmək istəyirlər. Bəzi dövlətlər, bəzi müsəlman xalqlar bunu dərk edir, təəssüf ki, bəziləri isə dərk etmir".

A.Paşazadə həmçinin deyib ki, İslamda müsəlmanın müsəlmanı öldürməsi haramdır. Onun fikrincə, bu məsələ əsasən Qərb dövlətlərinin marağındadır: "İslamda bir qardaşın qanı digər qardaşa halal deyil. Dünyanın hansı yerində olursa-olsun, müsəlman deyilən şəxsi öldürmək kafirlikdir. Bu məsələ o şəxsləri qane edir ki, o şəxslər müsəlman qanına susayıblar. Xüsusən, Qərb dövlətləri özləri birbaşa iştirak etməsələr də, vasitəçiləri bu prosesdə iştirak edirlər və müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti