...

Azərbaycanda balıqçılığın inkişaf proqramları xüsusi fond tərəfindən maliyyələşdiriləcək

Cəmiyyət Materials 25 İyun 2014 10:26 (UTC +04:00)
Azərbaycanda Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondunun yaradılması nəzərdə tutulur.
Azərbaycanda balıqçılığın inkişaf proqramları xüsusi fond tərəfindən maliyyələşdiriləcək

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondunun yaradılması nəzərdə tutulur.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, "Balıqçılıq haqqında" qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsində öz əksini tapıb.

Fondun yaradılmasında məqsəd balıq və digər su bioresurslarının artırılmasını, bərpasını, mühafizəsini, balıqçılığın elmi təminatını və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etməkdir.

Layihəyə görə, fond müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır və fəaliyyəti həmin orqan tərəfindən təsdiqlənən əsasnamə ilə tənzimlənir.

Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının süni artırılması, bərpası, mühafizəsi və balıqçılıq təsərrüfatı meliorasiya işləri fondun vəaitləri və dövlət vəsaiti hesabına maliyyələşdirilir.

Balıqçılığın elmi təminatı məqsədli proqramlar əsasında dövlət vəsaiti və fondun vəsaiti hesabına müvafiq elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilir.

Xatıqladaq ki, qeyd edilən qanun layihəsi artıq Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti