...

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcə olacaq

Cəmiyyət Materials 3 İyul 2014 12:38
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcə isti olacaq.
Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcə olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyulun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

İyulun 4-də Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti