...

Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistikanı açıqladı

Cəmiyyət Materials 1 Avqust 2014 15:47 (UTC +04:00)
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ilə ("Qaynar xətt" xidməti, telefon: 146) Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistikanı açıqladı

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ilə ("Qaynar xətt" xidməti, telefon: 146) Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Trend nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8761 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə çox) və Kommutator xidmətinə 3500-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 6756 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (onlar əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və qaldırılan məsələlər operativ həll olunub. 1167 vətəndaş sorğusuna uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1683 sənəd (782 məktub, 754 ərizə, 147 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, təhsil sənədlərinin alınması, diplomların tanınması, uşaqların vaxtından əvvəl I sinifə qəbulu və ali təhsillə bağlı məsələlər əksini tapıb.

Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə günü (2036 zəng), əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1411 müraciət) və çərşənbə (1634 müraciət) günləri, əsasən, saat 10:30-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti