...

Dövlət Komitəsi: Azərbaycanda zərərli dini ədəbiyyatların aşkar edilməsində azalma tendensiyası müşahidə edilir

Cəmiyyət Materials 15 Avqust 2014 15:16 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ölkə ərazisinə idxal olunan, eləcə də ölkədə istehsal olunan bütün dini ədəbiyyatların ekspertizasını həyata keçirir.
Dövlət Komitəsi: Azərbaycanda zərərli dini ədəbiyyatların aşkar edilməsində azalma tendensiyası müşahidə edilir

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ölkə ərazisinə idxal olunan, eləcə də ölkədə istehsal olunan bütün dini ədəbiyyatların ekspertizasını həyata keçirir. Aparılan ekspertizaların nəticələrinə görə, ölkə ərazisində zərərli hesab olunan dini ədəbiyyatlar aşkaq olunaraq onların yayılmasının qarşısı alınır. Lakin əvvəlki illərə nisbətən ölkə ərazisində zərərli dini ədəbiyyatların aşkar edilməsində azalma tendensiyası müşahidə edilir. Trend xəbər verir ki, bunu Dövlət Komitəsinin Dinşünaslıq eskpertizası, ictimai əlaqələr və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsi bu istiqamətdə fəaliyyətini dayanmadan davam etdirir.

DQİDK rəsmisi qeyd edib ki, cəmiyyətdə istənilən dini dünyagörüşə hörmətlə yanaşılmalıdır. Lakin antihumanist hərəkat olarsa, hamı ona qarşı birləşməlidir: "Dövlətin məqsədi cəmiyyətdə xoş münasibətlərin, dinlər, dini qurumlar və icmalar arasında yüksək səviyyədə tolerantlıq münasibətlərinin yaranmasıdır. Azərbaycan xalqının tolerantlıqla bağlı öyünəsi çox məqamları var. Tolerantlıq müxtəlif dinlərə, müxtəlif təfəkkür tərzinə malik insanlara dözümlü yanaşmaqla yanaşı, hər bir fərdin özünün dünyagörüşünə hörmətlə yanaşmaqdır. Kimsə zorakılığı, qarşıdurmanı təbliğ edirsə, cəmiyyət olaraq belə şəxslərə, cərəyanlara qarşı birləşməliyik. Antihumanist, antitolerant, mühitə təsir göstərən mənfi tendensiyaların mübarizəsində birləşməliyik".

Ə.Zülfüqarov əlavə edib ki, bu sahədə dini maarifləndirmənin aparılması, özü də düzgün metodlarla aparılması çox vacibdir. Çünki maarifləndirmə düzgün aparılmadıqda bu, cəmiyyətdə müəyən fəsadlara gətirib çıxara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti