Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyi bəzi kütləvi informasiya vasitələrində çörəyin satış qiymətinin bahalaşması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır və monitorinqlər zamanı çörəyin satış qiymətində heç bir qiymət artımı qeydə alınmayıb.
Monitorinqlər göstərir ki, taxılın və unun qiyməti də sabit olaraq qalır və heç bir qiymət artımı müşahidə edilmir.