Azərbaycan, Bakı, 27 sentyabr /Trend/
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 30 sentyabr - 1 oktyabr 2014-cü il tarixlərdə şəhərimizdə III "Beynəlxalq Şərab Festivalı" və "Salxım" Dequstasiya müsabiqəsi keçiriləcək.
Məqsəd şərab istehlakı mədəniyyətini formalaşdırmaq, çaxır ənənələrini qoruyub saxlamaq, təbliğ etmək, yerli çaxır bazarı iştirakçılarını birləşdirmək, çaxır məhsullarını nümayiş etdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasına dəstək verməkdən ibarətdir.
Bu festivalda Azərbaycanın, həmçinin Fransanın, İtaliyanın və digər xarici ölkələrin şərab istehsalçıları, distribüterləri və istehlakçıları iştirak edəcəklər.
Festival zamanı qonaqlar Gəncənin tarixi və mədəni irsi, müasir həyatı ilə tanış olacaqlar. Azərbaycanın milli musiqi və milli mətbəx nümunələrinin nümayişi ilə yanaşı, yerli şərabların beynəlxalq standartlara uyğun dequstasiya müsabiqəsinin keçirilməsi də nəzərdə tutulur.