...

YAP Nizami rayon təşkilatı bayraq aksiyası keçirib

Cəmiyyət Materials 7 Noyabr 2014 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının bəzi uşaq bağçalarında bayraq aksiyası keçirib. Nizami rayonu 125 və 172 saylı uşaq bağçalarında olan partiyanın nümayəndələri uşaqlara üçrəngli bayrağımızı paylayıblar.

Aksiya zamanı çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, Dövlət Bayrağı Günü Azərbaycanın simasının, tanıtımının bayramıdır: "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş siyasət nəticəsində Azərbaycanın bayrağı artıq dünyanın ən ali təşkilatlarında dalğalanır. Xalqımızın ən böyük arzusu üçrəngli bayrağımızın işğal olunmuş rayonlarımızda dalğalanmasını görməkdir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, üçrəngli bayrağımız işğal altındakı torpaqlarımızda dalğalanacaq".

Tədbirlərdə çıxış edən 125 saylı körpələr evinin müdiri Yeganə Gəncmalıyeva, 172 saylı bağçanın müdiri Mahirə İsmayılova və başqaları qeyd ediblər ki, bu bayram digər bayramlarımızdan daha uca, müqəddəs bayramdır. On minlərlə şəhidimizin bayramıdır. Bayraq uğrunda döyüşən, bayraqla da torpağa tapşırılan şəhidlərimizin bayramıdır. Ona görə də bu bayramda insanlarımızda daha çox vətəndaş hissi baş qaldırır. Bu gün müstəqil ölkə kimi öz bayrağımızın altında yaşamağımız böyük xoşbəxtlikdir, böyük sərvətdir. Azərbaycan xalqı öz bayrağının, taleyinin sahibidir. Bu gün Azərbaycanın hər bir bölgəsində, yerində dövlət bayrağı dalğalanır. Nə gözəl ki, son 10 ildə Azərbaycan bayrağına verilən dəyər, qiymət onu daha da müqəddəsləşdirdi, zirvələrə qaldırdı. Nə gözəl ki, Dövlət Bayrağı Meydanımız yarandı, bayraqlarımızın tarixi muzeyi yaradıldı. Bu gün ürəklərdə sevilir bayrağımız.

Çıxışlardan sonra partiyaya yeni qəbul olmuş üzvlərə vəsiqələr və hədiyyələr, uşaqlara isə Azərbaycan bayrağı təqdim olunub.

Tədbirlər ədəbi-bədii hissə ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti