...

Azərbaycanın orta məktəblərində müəllimlərin sayı 4000 nəfər azalıb

Cəmiyyət Materials 20 Noyabr 2014 14:51
Azərbaycanın orta məktəblərində müəllimlərin sayı 4000 nəfər azalıb.
Azərbaycanın orta məktəblərində müəllimlərin sayı 4000 nəfər azalıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İlhamə İsabalayeva, Elçin Mehdiyev/

Azərbaycanın orta məktəblərində müəllimlərin sayı 4000 nəfər azalıb.

Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı qeyd edib ki, 2013-2014-cü tədris ilində respublika məktəblərində şagirdlərin sayı 1 milyon 291 min nəfər idisə, cari tədris ilində bu göstərici 1 milyon 322 min nəfərdir. Yəni şagirdlərin sayı 31 min nəfər artıb. Eyni müddət ərzində müəllimlərin sayı 4000 nəfər azalıb: "Burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Bu da onu göstərir ki, Təhsil Nazirliyi sistemin optimallaşdırılması üçün addımlar atır. Nazirlik bu sahədə islahatları davam etdirməyə hazırdır. Çünki bu, təhsilin keyfiyyətinə birmənalı şəkildə müsbət təsir göstərir".

M.Cabbarov qeyd edib ki, hazırda Azərbaycanın ümumtəhsil sistemində 151 min müəllim çalışır.

Onun sözlərinə görə, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir. Azərbaycanda isə Təhsil Nazirliyinin apardığı son tədbirlər və sistemin optimallaşdırılması nəticəsində bir müəllimə düşən şagirdlərin sayı ötən dövr ərzində 8-dən 9-a yüksəlib. Hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12-dir.

M.Cabbarov bildirib ki, aparılan stimullaşdırıcı tədbirlər sayəsində ölkənin ali təhsil müəssisələrində müəllimlik ixtisasları üzrə qəbul balları yüksəlib. Bu da onu göstərir ki, cəmiyyətdə müəllimin nüfuzunun artırılması üçün həyata keçirilən işlər müəyyən nəticələr verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti