...

20 saylı məktəbdə tədris prosesi sabahdan bərpa olunacaq

Cəmiyyət Materials 2 Dekabr 2014 19:05 (UTC +04:00)
Bu gün səhər saatlarında 20 saylı məktəbdə yaranan problemlə əlaqədar olaraq şagirdlər binadan təxliyyə edilib, təhlükəsizlik tədbirləri görülüb.
20 saylı məktəbdə tədris prosesi sabahdan bərpa olunacaq

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Bu gün səhər saatlarında 20 saylı məktəbdə yaranan problemlə əlaqədar olaraq şagirdlər binadan təxliyyə edilib, təhlükəsizlik tədbirləri görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin və müvafiq dövlət qurumlarının apardığı araşdırma nəticəsində məktəbdə zərərli maddə və qazlar aşkar edilməyib, oksigen norma daxilində olub.

Qeyd edək ki, məktəb binası daxilində ümumiyyətlə qaz xətləri mövcud deyil.

Sabahdan etibarən tədris prosesi bərpa olunacaq.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda, 20 saylı orta məktəbin müvəqqəti yerləşdirildiyi binada qaz qoxusu hiss olunub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti