...

Binəqədi rayonunda bağça uşaqları üçün Yeni İl şənliyi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2014 11:55 (UTC +04:00)
Binəqədi rayonunda bağça uşaqları üçün Yeni İl şənliyi təşkil olunub.
Binəqədi rayonunda bağça uşaqları üçün Yeni İl şənliyi təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Binəqədi rayonunda bağça uşaqları üçün Yeni İl şənliyi təşkil olunub.

Binəqədi rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət Evində gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul işçiləri, rayon bağçalarının uşaqları iştirak ediblər.

Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyor truppasının ifasında uşaqların böyük maraq və sevinclə qarşıladığı "Tıx-tıx xanımın nağılı" səhnələşdirilmişdir. Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti