...

Zakir Həsənov Hərbi Hava Qüvvələrinin yeni tikilən obyektlərinə baxış keçirib

Cəmiyyət Materials 16 Yanvar 2015 13:09 (UTC +04:00)
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin yeni tikilən obyektlərinə baxış keçirib.
Zakir Həsənov Hərbi Hava Qüvvələrinin yeni tikilən obyektlərinə baxış keçirib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin yeni tikilən obyektlərinə baxış keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin aviabazaları ərazilərinidə tikinti və yenidənqurma işləri davam etdirilir.

Hərbi obyeklərdəki vəziyyətə baxış keçirmək, həmçinin təmir və tikinti işlərinin keyfiyyətini yoxlamaq məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 16-da Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.

Görülən işlərdən məmnun qalan Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq bu istiqamətdə fəaliyyətlərin sürətlə davam etdirilməsi barədə müvafiq göstərişlər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti