...

Azərbaycanda sosial şəbəkələrə girişdə yaranan problem aradan qalxıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 27 Yanvar 2015 11:20 (UTC +04:00)
Azərbaycanda sosial şəbəkələrə girişdə yaranmış problem aradan qalxıb.
Azərbaycanda sosial şəbəkələrə girişdə yaranan problem aradan qalxıb (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 10:54-də yayılıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda sosial şəbəkələrə girişdə yaranmış problem aradan qalxıb.

Trend-in məlumatına görə, bir qədər əvvəl "Facebook" və "Instagram" sosial şəbəkəsinə giriş məhdudlaşmışdı.

Azərbaycanda "Facebook" və "Instagram" sosial şəbəkələrindən istifadədə problem "AzNET" şəbəkə seqmenti ilə əlaqədar deyil. Bu barədə Trend-ə "Delta Telecom" şirkətindən (Azərbaycanın ilkin provayderi) deyilib.

Şirkətdən bildirilib ki, problem qlobal xarakterlidir və səbəblər hələlik məlum deyil.

Qeyd edək ki, hər iki sosial şəbəkəyə girişdə olan problem dünyanın müxtəlif ölkələrində müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti