Ötən il 4 icra məmuru ədliyyə orqanlarından xaric olunub

Ötən il 4 icra məmuru ədliyyə orqanlarından xaric olunub

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İlkin İzzət/

2014-cü ildə Ədliyyə Nazirliyinin 42 icra məmuru intizam məsuliyyətinə cəlb edilib, 4 nəfər ədliyyə orqanlarından xaric olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin yanvarın 27-də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda vətəndaş-məmur münasibətləri, dövlət məmurları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, onların qayğılarına həssaslıqla yanaşılması, kobud rəftara, korrupsiya hallarına yol verilməməsi ilə bağlı tələblərindən irəli gələn vəzifələr nazir müavini Vilayət Zahirovun iştirakı ilə vətəndaşlarla daha çox təmasda olan ədliyyə qurumlarında - icra, habelə notariat və qeydiyyat baş idarələrində dərhal müzakirə olunub.

Yanvarın 28-də keçirilən müşavirədə qeyd olunub ki, ötən il icra işlərinin sayının kəskin artaraq təxminən 300 minə çatmasına baxmayaraq, görülmüş tədbirlər nəticəsində onların 70 faizinin icrası təmin edilib, qalanları üzrə isə işlər davam etdirilir.

Bu zaman məhkəmə qərarlarının icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 3406 borclu şəxs inzibati məsuliyyətə cəlb olunub, həmçinin 204-ü barəsində cinayət işi başlanılıb, 3121 borclu şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra edən 930 şəxs barəsində belə məhdudiyyət götürülüb. İcra sənədlərinin icrası nəticəsində hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin məbləği artaraq ötən ildə 113 milyon manatdan çox təşkil edib.

Bakı və Sumqayıt şəhərlərinin və ətraf rayonların icra qurumları rəhbərlərinin, nazirliyin istintaq və digər aidiyyəti qurumlarının iştirakı ilə keçirilmiş müşavirədə həmçinin, mövcud problemlər və çatışmazlıqlar, o cümlədən icra məmurları tərəfindən əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları, icra tədbirlərinin vaxtında həyata keçirilmədiyi, süründürülməsi və bunun da vətəndaşların haqlı narazılığına səbəb olduğu qeyd olunaraq bildirilib ki, xidmətin 42 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 4 nəfər ədliyyə orqanlarından xaric olunub.

Tədbirdə icra məmurları tərəfindən vətəndaşlara qayğılı münasibət göstərilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, məsuliyyət hissinin artırılması, qulluqla bir araya sığmayan hərəkətlərin aradan qaldırılmasına dair qəti tapşırıqlar verilib.

Eyni zamanda, qeydiyyat və notariat sahəsi ilə bağlı işlər müzakirə olunarkən bildirilib ki, respublikamızın sürətli sosial-iqtisadi yüksəlişi, əhalinin həyat şəraitinin xeyli yaxşılaşması mülki hüquq münasibətlərinin artmasına ciddi təsir göstərib, ötən il 3,8 milyondan çox notariat hərəkəti, 366 minə yaxın isə vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Həmçinin, əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi, onların sayının artırılması diqqət mərkəzində saxlanılaraq qeyri-hökumət təşkilatları üçün "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin istifadəyə verilməsi qeyd olunub, qeyri-kommersiya təşkilatlarının sayının 4000-i ötməsi, KİV-lərin sayının isə 5000-ə çatması vurğulanıb.

Tədbirdə işin səmərəliliyinin daha da artırılması, əmək və icra intizamına daim ciddi riayət olunması, yerli ədliyyə qurumlarına nəzarətin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsinə dair tapşırıqlar verilib, bu zaman ASAN xidmətin nümunəvi fəaliyyətinin rəhbər tutulmasının zəruriliyi vurğulanıb.

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
"Cənub Qaz Dəhlizi"nin maliyyə ehtiyacları layihələrdən gələn gəlir hesabına qarşılanacaq - "Fitch"
"Cənub Qaz Dəhlizi"nin maliyyə ehtiyacları layihələrdən gələn gəlir hesabına qarşılanacaq - "Fitch"
Ceyhan terminalından 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Ceyhan terminalından 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Loading Bars
Xəbər lenti
Fransada ötən sutka koronavirusa 23 mindən artıq yoluxma qeydə alınıb
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Lənkəranda birmərtəbəli ev yanıb
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ olub
İndoneziyada bir sutkada koronavirusa 5 767 yoluxma qeydə alınıb
Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan
"Air France"ın təyyarəsi Sofiyada təcili eniş edib
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib (FOTO)
AXC-Müsavat cütlüyünün xəyanətlərindən biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməməsi idi - Deputat
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Azərbaycanda 353 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 3 nəfər vəfat edib
AQTA 23.760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bakıda çirkab suların gölə axıdılması faktı aşkar edilib (FOTO)
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
AzTV daha bir layihəyə start verir
Cəbrayıl rayonunun Papı kəndi (VİDEO)
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
Afrikada yenidən Ebola virusu yayılmağa başlayıb
Finlandiyada seçkilər təxirə salındı
Prezident İlham Əliyev 17 ildə Azərbaycanı müasir, güclü dövlətə çevirdi - Komitə sədri
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib (FOTO)
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
AQTA ictimai iaşə müəssisələrində nöqsanlar aşkarlayıb - SİYAHI
Yerevanda prezident administrasiyasına və parlamentə doğru yürüş başlayıb
Koçaryan və Sarkisyan kimi canilər Qarabağdakı vəziyyəti əsla dəyişə bilməz – Deputat
Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişiklik edilib
Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir - Naqif Həmzəyev
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Ermənistanda siyasi gərginlik - Antirusiya meyilləri artır
“Oba” marketdə nöqsanlar aşkarlanıb (FOTO)
Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir
Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiqlənib
Bakı sakinləri Biləsuvarda külli miqdarda heroinlə tutuldu
Putinin köməkçisi koronavirusa yoluxub
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək - Çavuşoğlu
Ötən il etdiyi oğurluqların üstü açılıb
Qadınların məşğulluğu ilə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün Jurnalistika üzrə Magistr Proqramını elan edib
Sabah güclü külək əsəcək
Direktorluğa qəbul üzrə imtahanlar keçirilir (FOTO)
Müdafiə naziri qadınları təbrik edib
Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb (FOTO)
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi
Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur - Liviyanin müvəqqəti işlər vəkili
Diplomatik korpus nümayəndələri Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar
Bu günə qədər Azərbaycanda 390 min 489 nəfər peyvənd olunub
Bu günədək DSX-nin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb (FOTO)
Ötən gün Azərbaycanda 24 yanğın qeydə alınıb
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
YAP-ın yeni yaradılan Veteranlar Şurasının tərkibi məlum olub (SİYAHI)
Zəngilan rayonunun Qaradərə kəndi (VİDEO)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Bir qrup qadın orden və medallarla təltif edilib (SİYAHI)
Azərbaycan qadınlarına fəxri adlar verilib - SƏRƏNCAM
YAP-ın yeni yaradılan Təftiş Komissiyasının tərkibi məlum olub (SİYAHI)
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib (VİDEO)
Kənddən şəhərə yarmarkaları yenidən başlayıb (FOTO)
Roma papası İraq şiələrinin lideri ilə görüşüb
Əcnəbilər üçün Azərbaycan dili üzrə imtahan keçirilib, 3 nəfər keçid balını toplayıb
Qusar sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb
Kolumbiya Səhiyyə Nazirliyi futbol üzrə Braziliya millisinin ölkəyə gəlməsinə qarşıdır
Gəncədə sayğac oğrusu saxlanılıb (FOTO)
Əfv Komissiyası bu gün yeni müraciətlərə baxacaq
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb (FOTO)
Masallıda ikimərtəbəli evdə yanğın olub
Dünya Bankı koronavirus pandemiyası ilə mübarizədə Azərbaycana dəstək göstərə bilər
Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
Bayden İran əleyhinə sanksiyaları 1 il müddətinə uzadıb
"Abivax" koronavirus dərman preparatının sınaqlarını dayandırıb
Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb
Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Somalinin paytaxtında güclü partlayış olub
Bütün xəbərlər