...

Azərbaycanlı xəstələri Türkiyəyə aparan xəstəliklər

Cəmiyyət Materials 30 Yanvar 2015 12:58 (UTC +04:00)
Azərbaycandan xəstələr Türkiyəyə əsasən xərçəng cərrahiyyəsi və ortopetik əməliyyatlar üçün gedirlər.
Azərbaycanlı xəstələri Türkiyəyə aparan xəstəliklər

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycandan xəstələr Türkiyəyə əsasən xərçəng cərrahiyyəsi və ortopetik əməliyyatlar üçün gedirlər. Türkiyənin bəzi tibb mərkəzlərində azərbaycanlı xəstələr üçün hər cür şərait yaradılır. Trend-in məlumatına görə, bunu Türkiyə səhiyyə nazirinin müavini Eyyub Gümüş jurnalistlərə bildirib.

O, Azərbaycandan Türkiyəyə müalicə üçün gedən xəstələrin sayını deyə bilməyəcəyini söyləyib.

Nazir müavininin sözlərinə görə, iki ölkənin səhiyyə nazirliklərinin razılığına əsasən, müvafiq sayda onkoloji xəstə Türkiyədə qəbul edilib: "Eyni zamanda, xəstələr öz hesablarına Türkiyədə müalicə olunurlar. Türkiyənin bəzi tibb mərkəzlərində azərbaycanlı xəstələr üçün hər cür şərait yaradılıb".

Türkiyənin tibb sahəsində yaxşı mütəxəssislərinin olduğunu deyən E.Gümüş öz biliklərini azərbaycanlı həmkarları ilə bölüşmək istədiklərini də bildirib: "Azərbaycanın səhiyyə nazirinin müavini ilə görüşdüm. İki ölkənin Səhiyyə nazirlikləri arasında tələbə mübadiləsi, iş birliyi məsələlərinə dair müzakirələr aparılıb. Yaxın günlərdə Səhiyiyyə nazirlikləri arasındakı protokolları yeniləyəcəyik. Türkiyə və Azərbaycanın səhiyyə məsələlərini daha yaxşı səviyyəyə gətirmək hədəfimizdir. Məqsədimiz ən böyük qardaşımız Azərbaycanla birgə səhiyyə sahəsində yaxşı işbirliyi görməkdir".

E.Gümüş deyib ki, Türkiyədən Azərbaycana işləmək üçün uroonkoloji, estetik cərahiyyə sahələri üzrə mütəxəssislər gəlir. Bununla yanaşı, Azərbaycandan da Türkiyəyə gedən və orada çalışan həkimlər var. Nazir müavininin sözlərinə görə, təhsil sahəsi üzrə əldə edilən razılaşmaya uyğun olaraq, azərbaycanlılar bəzi tibbi sahələr üzrə Türkiyədə təhsil alır, daha sonra Azərbaycana qayıdaraq müətəxəsis kimi fəaliyyət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti