...

"Aeroflot"dan ermənilərə azərbaycanca salam

Cəmiyyət Materials 10 Fevral 2015 11:30 (UTC +04:00)
Fevralın 9-da "Aeroflot" şirkətinin həyata keçirdiyi SU 1866 Moskva-Yerevan reysində gülməli əhvalat baş verib.
"Aeroflot"dan ermənilərə azərbaycanca salam

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Fevralın 9-da "Aeroflot" şirkətinin həyata keçirdiyi SU 1866 Moskva-Yerevan reysində gülməli əhvalat baş verib. Bu barədə Trend Term.am-a istinadən xəbər verir.

"Joxovurd" qəzeti yazır ki, sərnişinlər artıq öz yerlərini tutduqdan sonra təyyarə havaya qalxmağa hazırlaşarkən məşhur salamlama mətni səsləndirilib.

Mətn təbii ki, əvvəlcə rus, daha sonra isə... Azərbaycan dilində səsləndirilib. Bu zaman sərnişinlər arasında əsl çaxnaşma yaranıb. Onlar bunun sui-qəsd olduğunu və təyyarənin Bakıya uçduğunu zənn ediblər.

Təyyarənin ekipaj üzvləri bunun texniki səhv olduğunu izah edərək sərnişinləri sakitləşdirməyə məcbur olublar.

Bundan əlavə, məlum olub ki, təyyarənin ekipajının komandiri də milliyyətcə erməni olan Eduard Ovannisyandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti