Azərbaycan, Bakı, 19 fevral /Trend/
Bakı Dövlət Universitetində Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin və "Etnoqrafiya" beynəlxalq onlayn informasiya-analitik mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə arasında münasibətlərinin inkişafında dilin rolu" konfransı keçirilib.
Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Əli Corayın açılış nitqindən sonra "Etnoqlobus" portalının rəhbəri Gülnarə İnanc, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Tofiq Hacıyev çıxış ediblər.
Mövzu ətrafında alimlər - Rüfət Rüstəmov, İsmayıl Kazımov, Şamil Əlməmmədov və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşı Kəmalə Ələkbərova çıxış ediblər.
Qeyd edək ki, BDU-da Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi 13 sentyabr 2012-ci il tarixindən fəaliyyət göstərir.