...

Rəsmi açıqlama: Ziya Bünyadov prospektində yeni piyada keçidinin sökülməsindən söhbət gedə bilməz

Cəmiyyət Materials 2 Mart 2015 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend/

Ziya Bünyadov prospektində yeni inşa olunan yerüstü piyada keçidinin sökülməsindən söhbət gedə bilməz. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən bəzi KİV-lərdə bununla bağlı yayılan məlumatları şərh edərkən bildiriblər.

Qeyd edilib ki, bəzi KİV-lərdə bununla bağlı yazılan məlumatlar cəfəngiyyatdan başqa bir şey deyil: "Keçidin döşəmə hissəsinin üzlənməsi və pəncərələrdə şüşə hissəsinin montajı istisna olmaqla digər işlər tamamilə yekunlaşıb. Demək olar ki, işlərin 90 faizi görülüb".

ASC-dən deyiblər ki, sözügedən işlərin yerinə yetirilməsi üçün artıq nəzərdə tutulan materiallar sifariş olunub, həmin materiallar gətirildikdən sonra yerdə qalan işlərə başlanılacaq: "Ümumilikdə işlərin mart ayının sonu, aprel ayının əvvəllərində başa çatdırılması planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti