...

Əsassız qiymət artımına görə cəzalandırıldı

Cəmiyyət Materials 3 Mart 2015 10:47 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 92A ünvanında yerləşən Zeydulla Məmmədova məxsus “Zeytun” marketdə aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.
Əsassız qiymət artımına görə cəzalandırıldı

Azərbaycan, Bakı, 3 mart /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 92A ünvanında yerləşən Zeydulla Məmmədova məxsus "Zeytun" marketdə aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib. Bu barədə Trend İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata görə, yoxlama zamanı istehlakçılara təklif olunan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

Əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti