...

Facebook-dan yenilik: Saxta profillərə son!

Cəmiyyət Materials 6 Mart 2015 17:06 (UTC +04:00)
"Facebook" sosial şəbəkəsi martın 12-də bəzi hesablama qaydalarını dəyişdirəcək.
Facebook-dan yenilik: Saxta profillərə son!

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Tural Turan/

"Facebook" sosial şəbəkəsi martın 12-də bəzi hesablama qaydalarını dəyişdirəcək. Bunun nəticəsi kimi səhifələrin bəyənilmə sayı aşağı düşəcək.

Trend xəbər verir ki, yeniliyə əsasən, sosial şəbəkə aktiv olmayan istifadəçi və səhifələri ifşa edəcək. Bununla, Instagram-dan sonra Facebook-da da aktiv olmayan istifadəçilər bir-bir müəyyənləşdirilərək səhifələrdən çıxarılacaq. Nəticədə aktiv olmayan və yaxud saxta profillərə malik istifadəçilər silindiyi üçün səhifələrin izləyicilərinin sayı azalacaq.

"Facebook" administrasiyası yeniliyi martın 12-də tətbiq edəcəyini bildirsə də, artıq bir sıra səhifələr vaxtından əvvəl bu yeniliyin şahidi olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti