Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün səhər saat 11:00-dan Bakı-Ələt yolunun Bibiheybət məscidinin qarşısından Bayraq meydanına qədər olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Trend "Azəryolservis" ASC-yə istinadən məlumat verib.
Nəzərdə tutulan işlərin yaxın 3-4 saat ərzində başa çatdırılması planlaşdırılır.