...

"Parlaq Zəka" intellekt şousu III mövsüm üçün yeni zəkaların axtarışında (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2015 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Tural Turan/

Təhsilini dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün 2013-cü ilin nəticələrinə görə ilin ən reytinqli intellekt şousu olan "Parlaq Zəka" növbəti bir şans təqdim edir.

Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran intellekt şousunun III mövsümündə hazırda bakalavr təhsilini davam etdirən I, II və III kurs tələbələri müraciət edə bilər.

III mövsümün YAZILI SEÇİM TURU mayın 3-də, saat 14:00-da Azərbaycan Universitetində keçiriləcək.

Qeydiyyatdan keçmək üçün bu linki doldurmağınız lazımdır.*

http://goo.gl/forms/3H016dFNJu

*Qeydiyyat linkini yalnız Azərbaycan hərfləri ilə doldurmağınız, ad və soyadınızı şəxsiyyət vəsiqəsində olduğu kimi qeyd etməyiniz vacibdir. Elektron poçt ünvanınızı DƏQİQ göstərin.

Qeydiyat bitdikdən sonra qeydiyyata alındığınız haqqında məlumat sizin elektron poçt ünvanınıza göndəriləcək.

**Yazılı seçim turu və müsahibədən uğurla keçsəniz, sizlərə çəkilişlərdə oynanılacaq mövzular təqdim olunacaq.

Qeydiyyatdan sonra 2 mərhələli seçim turundan uğurla keçən iştirakçılar verilişin çəkilişlərində iştirak edəcək. Növbəti mərhələ olaraq çəkilişlərdə mövzular əvvəlcədən təqdim ediləcək və hazırlaşmaq üçün kifayət qədər müddət veriləcək. Sonra isə gələcəyini indidən qurmaq istəyən hər bir gəncin xəyalı ola biləcək mükafatlar uğrunda mübarizə başlayacaq.

Qeydiyyatın bitmə tarixi: 30.04.2015

Synergy Group-un sponsorluğu, Şəmkirdə yerləşən "Zəka" İntellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyi ilə yayımlanan "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da, onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.

Əlavə məlumat əldə etmək üçün Facebook - Parlaq Zəka səhifəsinə müraciət etmək olar: https://www.facebook.com/pages/Parlaq-Z%C9%99ka/232444236903953

İnformasiya dəstəyi: TREND İnformasiya Agentliyi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti