...

Sayımız 10 milyon nəfərə yaxınlaşır

Cəmiyyət Materials 13 Aprel 2015 16:25 (UTC +04:00)
Аzərbаycаndа ölüm səviyyəsi azalıb.
Sayımız 10 milyon nəfərə yaxınlaşır

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İlkin İzzət/

Аzərbаycаndа dеmоqrаfik vəziyyət açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2015-ci il mart ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı 9611,7 min nəfərə çataraq ilin əvvəlindən 18,7 min nəfər və ya 0,2 faiz artıb.

Ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.

Son illər ərzində ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və cari ilin yanvar-fevral ayları ərzində doğulanların sayı ölənlərin sayından 18,5 min nəfər çox olub. Belə ki, cari ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil edib. Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 514-ü əkiz, 15-i isə üçəm doğulub.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

İlin əvvəlindən ölkədə 9,4 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 7,0-dan 6,1-ə qədər azalıb.

Cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 227 nəfər gələn və 119 nəfər ölkədən gedən qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti