...

“Parlaq Zəka” şousunda Spartaya səyahət

Cəmiyyət Materials 22 Aprel 2015 18:04 (UTC +04:00)
19 aprel 2015-ci il tarixində növbəti 1/4 mərhələsinin oyunu keçirildi
“Parlaq Zəka” şousunda   Spartaya səyahət

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Tural Turan/

19 aprel 2015-ci il tarixində növbəti 1/4 mərhələsinin oyunu keçirildi. Bu həftə tamaşaçılar zəkaların "Sparta dövləti" mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Fəridə İbrahimova, sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Camal Ağazadə, yaşıl yolda isə Azərbaycan Müəllimlər İnstitunun tələbəsi Anar Hacıyev mübarizə apardı. Qarşılaşmanın qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Fəridə İbrahimova olmadı. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyev buraxılış barədə fikirlərini bölüşüb. " Bəzən bilik yox, həm də taktika qalib gəlir. Zəkaların üçü də mövzu barədə kifayət qədər araşdırma aparmışdı. Amma Fəridə digərlərini üstələdi."

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

III mövsümün YAZILI SEÇİM TURU May ayının 3-də, saat 14:00-da Azərbaycan Universitetində keçiriləcəkdir.

Qeydiyyatdan keçmək üçün bu linki doldurmağınız lazımdır.*

http://goo.gl/forms/3H016dFNJu

*Qeydiyyat linkini yalnız Azərbaycan hərfləri ilə doldurmağınız, ad və soyadınızı şəxsiyyət vəsiqəsində olduğu kimi qeyd etməyiniz vacibdir. Elektron poçt ünvanınızı DƏQİQ göstərin.

Qeydiyat bitdikdən sonra qeydiyyata alındığınız haqqında məlumat sizin elektron poçt ünvanınıza göndəriləcək.

**Yazılı seçim turu və müsahibədən uğurla keçsəniz sizlərə çəkilişlərdə oynanılacaq mövzular təqdim olunacaq.

Qeydiyyatın bitmə tarixi: 30.04.2015

Synergy Group-un sponsorluğu, Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyilə yayımlanan "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.

Əlavə məlumat əldə etmək üçün Facebook - Parlaq Zəka səhifəsinə müraciət etmək olar.

İnformasiya dəstəyi - TREND İnformasiya Agentliyi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti