...

"Parlaq Zəka" meydanında 1/4 finalın oyunu keçirildi (FOTO)

Cəmiyyət Materials 18 May 2015 15:30 (UTC +04:00)
Bu həftə tamaşaçılar zəkaların “Kitabi-Dədə Qorqud” mövzusunda olan mübarizələrini izlədilər.
"Parlaq Zəka" meydanında 1/4 finalın oyunu keçirildi (FOTO)

17 may 2015-ci il tarixində "Parlaq Zəka" meydanında növbəti 1/4 final mərhələsinin oyunu keçirildi. Bu həftə tamaşaçılar zəkaların "Kitabi-Dədə Qorqud" mövzusunda olan mübarizələrini izlədilər.

Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Qafqaz Universitetinin tələbəsi Ülvi Əskərov, sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Mərziyyə Əsgərzadə, yaşıl yolda isə Bakı Dövlət Universitetinin tələbəsi Seymur Həmzəyev mübarizə apardı. Bu görüşün qalibi və 1/2 finala vəsiqə qazanan M.Əsgərzadə oldu.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran intellekt şousunun III mövsümündə hazırda bakalavr təhsilini davam etdirən I, II və III kurs tələbələri müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti